Sizin Reklam Burada

Putin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi ilə qlobal enerji bazarındakı vəziyyəti müzakirə edib

Putin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi ilə qlobal enerji bazarındakı vəziyyəti müzakirə edibKremlin saytı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

Avrasiya.net xarici mətbuata istinadən xəbər verir ki, mövzulardan biri qlobal enerji bazarındakı vəziyyət idi.

“Siyasi, ticarət-iqtisadi və enerji sahələrində Rusiya-Səudiyyə əməkdaşlığının bir sıra aktual məsələlərinə toxunulub, enerji bazarında sabitliyin təmin edilməsi üçün OPEC Plus çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd edilib” - məlumatda deyilir.

Həmsöhbətlər iki ölkə arasında qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan dostluq münasibətlərinin səviyyəsini də yüksək qiymətləndirib və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Vladimir Putin və Məhəmməd bin Salman Əl Səud təkcə keçən il bir-birlərinə beş dəfə zəng vurublar. Rusiya prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi arasında əvvəlki söhbət bu il martın 18-də olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər