Sizin Reklam Burada

Tramp onu güllədən xilas edənin nə olduğunu açıqlayıb

Tramp onu güllədən xilas edənin nə olduğunu açıqlayıbRespublikaçı Partiyadan prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı prezidentliyi dövründə miqrasiya statistikasını göstərən ekrana başını çevirərək ölümdən xilas olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi respublikaçıların Miluokidə (Viskonsin ştatı) keçirilən Milli Qurultayında çıxışı zamanı danışıb.

“Bunu məndən bir daha eşitməyəcəksiniz, çünki bu barədə danışmaq ağrı verir. Arxamda mənim rəhbərliyim dövründə sərhədi keçənlərin sayını göstərən böyük ekran var idi, rəqəmlər sadəcə heyrətamiz idi. Cədvələ baxmaq üçün başımı sağa çevirməyə başladım və daha da dönməyə hazır idim, amma çox şanslı idim ki, etmədim, çünki vızıltı səsi duydum və sağ qulağıma nəyinsə böyük güclə dəydiyini hiss etdim”, – o vurğulayıb.

Tramp qeyd edib ki, o baş hərəkətini etməsəydi, “qatilin gülləsi ideal şəkildə hədəfinə tuş gələcəkdi”.

“Bu gün burada olmalı deyildim”, – Tramp söyləyib, tərəfdarları isə cavab olaraq “olmalı idin” deyə səsləniblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər