Sizin Reklam Burada

Azərbaycan – Pakistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Azərbaycan – Pakistan münasibətləri yeni mərhələyə qədəm qoyub Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Möhtərəm cənab Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin əsas prinsipi bütün qitələrdə fərqli məkanlarda balanslaşdırılmış güclü siyasi əlaqələr qurmaqla ölkənin beynəlxalq nüfuzunu artırmaq və təhlükəsizliyini təmin etməkdir. Məhz bunun nəticəsidir ki, ölkəmizin son illərdə beynəlxalq mövqeyi xeyli güclənmi, dost və qardaş dövlətlərin sayı artmışdır. Azərbaycanla dostluq və qardaşlıq prinsipləri əsasında əlaqələr quran dövlətlərdən də biri Pakistan Respublikasıdır. Bildiyimiz kimi uzun illərdir ki, Azərbaycan Respublikası ilə Pakistan Respublikası arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan isə İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.

Xüsusi olaraq qeyd etməliyik ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri isə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafına əlavə stimul verir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayının 11-də Pakistana rəsmi səfəri və səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər iki dövlət arasında əlaqələrin dərinləşməsinə və yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verdi. Hazırda Azərbaycanla Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini bütün platformalarda güclü şəkildə dəstəkləyib. Belə ki, bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman açıq şəkildə bütün dünyaya nümayiş etdirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırım kimi tanıyıb.

Eyni zamanda bildirməliyik ki, Azərbaycan dövləti də bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Pakistan ilə Azərbaycan arasında olan əməkdaşlığın ən ürəkaçan məqamı isə ondan ibarətdir ki, hər iki tərəfin bütün əldə olunan uğurları qorumağa və daha da inkişaf etdirməyə dair öz üzərinə düşən öhdəliyi yerinə yetirməyə maraqlı olmasıdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər