Sizin Reklam Burada

Rusiya kəşfiyyatı: Fransa Ukraynaya 2 min hərbçi göndərməyi planlaşdırır

Rusiya kəşfiyyatı: Fransa Ukraynaya 2 min hərbçi göndərməyi planlaşdırırFransa Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırır və ilk mərhələdə onların sayı 2 min nəfər ola bilər. Hələ bu ilin martında Ukrayna ərazisinə hərbçilərin göndərilməsinə hazırlıq gedirdi.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Razvedçik” jurnalında Rusiya Xarici Kəşfiyyat Xidmətinin məxfilikdən çıxarılan məlumatlarına əsaslanan məqalədə deyilir.

Məqalədə qeyd olunub ki, Fransa Müdafiə Nazirliyi hərbi kontingentin göndərilməsinin sakitcə həyata keçirilməsinin alınmayacağından ehtiyat edir. Çünki Fransa ordusu döyüş bölgəsində həlak olan ölkə vətəndaşlarının sayının artmasından narahatdır.

Bildirilib ki, itkilərin sayı və Fransa hərbçilərinin münaqişədə iştirakı ustalıqla gizlədilir: “Yalnız yanvarın 17-də Xarkov yaxınlığında əcnəbilər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilməsi nəticəsində onlarla Fransa vətəndaşı həlak olub”.

Fransa Prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, o, Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsini istisna etmir. KİV-in məlumatına görə, Fransa hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Ukraynaya hərbi təlimatçılar göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq və ona rəhbərlik etmək istəyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər