Sizin Reklam Burada

Türk dünyasının bütövlüyü

Türk dünyasının bütövlüyüDövlətimizin başçısı cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da gücləndirilməsi məqsədilə bir ay bundan əvvəl ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. İyul ayının 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutmuşdur.

Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Şuşa ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzidir.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu bildirərək diqqətə çatdırmışdı ki, Bakının siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. İyulun 6-da təşkilatın qeyri-rəsmi Zirvə sammitindəki çıxışında da Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Qardaş ölkələri birləşdirən TDT artıq dünyada real güc mərkəzinə çevrilib, beynəlxalq siyasi arenda təsir imkanları günbəgün yüksəlir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Yeri gəlmişkən, xatırladım ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi. Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir.

Sammitin sonunda imzalanan Qarabağ Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək. Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi. Bundan başqa, sənəddə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun ən yüksək dəyəri vurğulandı. TDT-yə üzv ölkələrin liderləri ildə bir dəfə Dövlət Başçıları Şurasının qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təklifini alqışladılar. Bundan başqa, bəyannamənin Azərbaycan üçün strateji əhəmiyyəti həm ondan ibarətdir ki, sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanır.
Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər