Sizin Reklam Burada

Zalsburqda Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıb

Zalsburqda Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıbAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Evinin rəhbəri Fərid Əzizov məlumat verib.

O, qeyd edib ki, yay tətili boyunca uşaqlar hər gün Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu məktəbdən faydalana biləcəklər.

Məktəbdə mütəmadi olaraq viktorinalar, oxu saatları və sərbəst saatlar təşkil olunacaq. Yay məktəbində şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, alman dili, riyaziyyat, rəsm dərsləri tədris olunacaq. Yay məktəbinə qoşulan şagirdlər arasında artıq azərbaycanlı uşaqlarla yanaşı yerli sakinlər də var və bu da öz növbəsində Azərbaycana və məktəbə artan geniş marağa dəlalət edir. Bundan əlavə bildirilib ki, “Yay məktəbi”nin təşkilində məqsəd yay tətili ilə əlaqədar son tədris ilində şagirdlərin illik qiymətlərində və dərslərində yaranmış zəifliklərin aradan qaldırılması, zəruri bilik və bacarıqların artırılmasıdır.

“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də nəzərdə tutulur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər