100-dən çox insan fidyə müqabilində qaçırıldı
Dərc olunub:
9-07-2024, 07:18
Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla azı 100 nəfər fidyə müqabilində qaçırılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Ervin Massinqa məlumat verib.
"Oromiya və Amhara ştatlarında baş verən son adam oğurluqları göstərir ki, uzun sürən münaqişə cinayətkarları necə cəsarətləndirir və qanunun aliliyini zəiflədir", - deyə səfir X sosial hesabında yazıb.
Onun sözlərinə görə, hücum edənlər Oromo dilində danışıblar. Qaçırılan ailələrdən əsirləri azad etmək üçün 17500 dollar ödəmələri istənilib.