ŞƏT ölkələrinin ticarət dövriyyəsi 8 trilyonu ötdü - Tokayev
Dərc olunub:
4-07-2024, 20:10
ŞƏT-ə üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bildirib.
Qazaxıstan Prezidenti, eyni zamanda, qeyd edib ki, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.
Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclası keçirilib.