Sizin Reklam Burada

Meksikada narkokartellər arasında qarşıdurma baş verib, azı 20 nəfər ölüb

Meksikada narkokartellər arasında qarşıdurma baş verib, azı 20 nəfər ölübMeksikanın cənubundakı Çiapas ştatında narkokartellər arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Excelsior" Meksika ştatının İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə digər qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində qeydə alınıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində 15 meyit olan yük maşını aşkar ediblər, digərlərinin meyiti isə müxtəlif ərazilərdən tapılıb.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər