Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
Dərc olunub:
20-06-2024, 17:52
Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.
Avrasiya.net xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, Azərbaycan və Mərakeş arasında viza rejiminin ləğvi ilə bağlı saziş 4 mayda imzalanıb.