Sizin Reklam Burada

Dünya niyə dağıdılır, yeni insan köçü?!

Dünya niyə dağıdılır, yeni insan köçü?!İdarə edirik, ya idarə olunuruq? Siyasət: Doğru qəbul etdiyimiz yalanlar...

Verilən məlumatlara, görünən mənzərəyə inanmaq olmaz. Dünya nəhəgləri, xüsusən də beynəlxalq korparasiyalar nəinki, insan şüurunu, düşüncə tərzini belə dəyişdirir və elə bir nəticəni formalaşdırırlar ki, insan onu əsl həqiqət kimi qəbul edir, hətta həmin "həqiqətin" qoruyucusuna, carçısına çevrilir. Artıq, dünya əhalisinin mütləq əksəriyyəti o düşüncədədir ki, hal hazırda 8 milyard dünya əhalisini yer kürəsi saxlamaq, dolandırmaq iqtidarında deyil. Ancaq, həqiqət budur ki, yer kurəsi azı 600 milyard insana məskən olmaqla, o qədər insanın da normal qidalanmasını, yaşayışını təmin edə bilər.

İnsanları qorxuya salaraq, manipulyasiya edilir, qırğınlara, müharibəyə sürüklənir. Elə süni konfliklər, müharibələr yaradılır ki, insan artımının qarşısını alsın. Nüvə silahının istifadəsini məcbur vəziyətə gətirən süni yaradılmış konfliklər dərinləşdirilir. Diqqət etsək görərik ki, qlobal planların həyata keçirilməsi üçün bəzi dövlətlər poliqon kimi istifadə olunur, Ukrayna, Rusiya, Afrika qitəsi, yaxln Şərq və sair hansı ki, bu planları qurub idarə edənlər bu ərazilərə aid deyil. Böyük miqrasiyaya - köçə səbəb açlıq, səfalət Afrikada niyə aradan qaldırılmır?! Boşalan Afrikada, bir-birini didən, siyasi mübarizə, çəkişmələr, çevrilişlər niyə bitmir? Kimə lazımdlr ki, Afrika xalqları bir-birlırinin qanı tökməkdə davam etsin? Süni yaradılan epidemiyalar, xəstəliklərin yayılmasının qarşısı niyə alınmır? Niyə xərçəngin müalicəsi olduğu halda, gizlədilir?

Aclıq, təbii fəlakətlər insan sayının azalması və azalmasına inandırmaq üçün ən efektli vasitədir. Dünyada müşahidə olunan aclıq da, təbii fəlakətlərdə, iqlim də idarə olunur.

Azərbaycanda aramsız yağışların yağması, həm iqlimlə bağlı dünyada problemin mövcudluğuna inam yaradlr, orqanik kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir edir, ölkənin qida təhlükəsizliyində çətinlikər yaradır. Düşünürəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin də bu iqlim-yağıntı mövzusuna toxunması məsələnin ciddiliyindən xəbər verir. Yeri gəlmişkən Ermənistan Azərbaycan arasında dayanıqlı sülhə imkan verməmək cəhdi həmin qlobal planların icrası ilə bağlıdır.

Qısa və konkret desək xristianlığın katolik gövdəsi-Qərb sivilizasiyası, digər sivilizasiyaları, etnosları, din daşıyıcılarını ilk növbədə islam, budizm, qeyri katolik xristianları-slavyanların məskunlaşdığı ərazilərdə müharibələr, epidemiyalar, xəstəliklər, təbii fəlakətlər və sa bu kumi üsullarla əhali artımının qarşısını alır. Artıq heç bir şübhə yoxdur ki, Çin, Hindistan, Şimali Koreya, Pakistan, İran kimi dövlətlər nüvə silahının tətbiq zonasındadır. Əlbəttə ki, zərərçəkən dövlətlər daha çox olacaq, sözsüz bu riskə əsasən region dövlətləri aiddir.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər