Sizin Reklam Burada

"Hizbullah" İsrailə hücum edə bilər

"Hizbullah" İsrailə hücum edə bilərİsrail təhlükəsizlik mənbələrinin məlumatına görə, "Hizbullah" İsrailə qarşı qabaqlayıcı zərbə endirə bilər.

Xarici KİV xəbər verir ki, iki ölkə sərhədində gərginlik sürətlə artarkən, Küveyt Livandakı vətəndaşlarından bir an əvvəl ölkəni tərk etmələrini istəyib.

Məlumata görə, təhlükəsizlik mənbələri “Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrailin Livanın cənubuna gözlənilməz və böyük bir hücuma keçməsindən çox qorxur və bu qorxuya görə hücuma keçərək İsrailə qarşı qabaqlayıcı addım atmağı düşünür”.

Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, hazırda Livanda olan vətəndaşlardan ən qısa zamanda ölkəni tərk etmələri, ölkəni tərk edə bilməyənlərdən isə dərhal Küveytin Livan səfirliyi ilə əlaqə saxlamaları istənilib. Bəyanatda həmçinin vətəndaşlara bölgədəki şərtlər və təhlükəsizliklə bağlı inkişaflar fonunda Livana səfər etməməyə çağırılıb.

2023-cü ilin oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür. Son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün "əməliyyat planını" təsdiqlədiyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər