Kanada səfiri İran XİN-ə çağırıldı
Dərc olunub:
21-06-2024, 09:31
Kanadanın SEPAH-ı terror təşkilatı elan etməsi səbəbindən bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
"Kanadanın SEPAH-la bağlı qəbul etdiyi bu qərar beynəlxalq hüququn prinsip və normalarını pozan zərərli təxribatdır və sadəcə soyqırım rejiminə, terrorçulara, regional sülhün, sabitliyin digər düşmənlərinə hədiyyədir", - İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani sosial şəbəkə hesabında yazıb.
Kanada səfirinə bildirilib ki, Tehran cavab hüququnu özündə saxlayır.