Sizin Reklam Burada

"Azərbaycan ev sahibi kimi COP29-u inklüziv şəkildə təqdim etməyə hazırdır"

"Azərbaycan ev sahibi kimi COP29-u inklüziv şəkildə təqdim etməyə hazırdır"Paytaxtımız növbəti böyük beynəlxalq tədbirə ev sahibliyi edir. Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işə başlayıb. Bu tədbir Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıq məqsədilə təşkil edilib. COP29-a hazırlıq məqsədilə keçirilən bu cür silsilə tədbirlər ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal həmrəyliyə necə yüksək önəm verdiyini göstərir.

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciət ünvanlayan Prezident İlham Əliyev də Azərbaycanın COP29-a var gücü ilə hazırlaşdığını vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. Prezidentin müraciətində Azərbaycanın qlobal gündəlikdə duran iqlim dəyişmələrinə aktual, prioritet məsələ kimi yanaşdığı vurğulanıb.

Sözügedən müraciətində dövlətimizin başçısı həmçinin onu da vurğulayıb ki, artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bizim ölkəmiz bəşəriyyəti narahat edən iqlim dəyişmələri, qlobal istiləşmə, çeşidli ekoloji problemlərə qarşı mübarizədə digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq.

Ölkəmiz bu işə töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa da açıqdır. Bu baxımdan, qarşıdakı üç gün ərzində Bakıda və işğaldan azad edilmiş Zəngilan şəhərində davam edəcək tədbirin - “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının özü də bu əməkdaşlığımızın bir nümunəsidir. Prezident İlham Əliyev beynəlxalq tərəfdaşların bu cür tədbirlər çərçivəsində bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirib.

100-dək xarici qonağın iştirak etdiyi bu beynəlxalq toplantı çərçivəsində keçiriləcək panellərdə tədbir iştirakçıları “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri”, “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər” və s. kimi aktual mövzular üzrə müzakirələrdə öz fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.

Dövlət başçımız bu müzakirələrin COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib və eyni zamanda qeyd edib ki, COP29 kimi mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək.

Bir sözlə, Azərbaycan təşkilatçı tərəf kimi, ev sahibi kimi COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə hazırdır. ÇOP29-a hazırlıq məqsədilə keçirilən silsilə tədbirlər də bütün fikirləri eşitmək, və iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləməyə xidmət edir. Azərbaycan iqlim dəyişikliyinə qarşı səmərəli mübarizənin təşkili üçün dünya birliyini bir araya gətirməyi bacaracaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər