Sizin Reklam Burada

Qəzzada insanlıq dramı - 3 mindən çox uşaq aclıqdan ölür

Qəzzada insanlıq dramı - 3 mindən çox uşaq aclıqdan ölürHökumətin Qəzzadakı media bürosundan verilən yazılı açıqlamada, İsrail və ABŞ-ın yardımların Fələstin xalqına çatmasına mane olduğu, Qəzza zolağının getdikcə aclığa sürükləndiyi bildirilib. Qəzza getdikcə daha çox aclığa sürüklənir.

Avrasiya.net xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin rəsmi mediası məlumat yayıb.

Məlumat da bildirilib ki, Qəzzada 3500 uşaq qida əlavələrinin girişinin qadağan olunması və peyvənd çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib.

ABŞ və İsrailin Qəzzada 2 milyon 400 min mülki vətəndaşı ac qoymağa qərarlı olduğu vurğulanaraq, xəstələrə və uşaqlara tətbiq edilən aclıq siyasətinin, qida və dərmanların ölkəyə girişinə qadağa qoyulmasının təhlükəli, qeyri-insani bir yol olduğu bildirilib.

Bəyanatda bütün bunların Qəzzada dinc əhaliyə qarşı soyqırım müharibəsi olduğu vurğulanıb və bu cinayətlərin dayandırılması üçün təcili beynəlxalq müdaxilə tələb olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər