Sizin Reklam Burada

Cari səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək

Cari səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək Azərbaycan-Misir münasibətlərinin qədim tarixi kökləri var. Misir Azərbaycanın müstəqilliyini daha tez tanıyan və əlaqələr quran ölkələrdəndir. Həmçinin dost ölkə Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə yaxınlaşmasına, əlaqələrinin inkişafına hər zaman yaxından dəstək olub. Azərbaycan və Misir beynəlxalq təşkilatlarda da bir-birinin mövqelərini müdafiə ediblər.

Prezident İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verəcək: “Cənab Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər çərçivəsində iyunun 8-də Misirin paytaxtında mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır və bu dialoq bundan sonra da davam etdiriləcək. Diqqətəlayiq haldır ki, bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycanın fikirləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.

Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər. Ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri də yaddaqalan olub.

Cənab Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlərə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” aiddir. Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyduğunu bildirən Əbdülfəttah Əs-Sisi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları görməkdən şad olduğunu deyib. Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir.
Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 8-də Qahirədə mətbuata bəyanatla etdiyi çıxışında bütün bu və bir çox digər məsələlərə toxinaraq detallı açıqlamalar təqdim edib. Xüsusi olaraq Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi məsələsinə toxunaraq, cənab Prezident İlham Əliyev, hər zaman olduğu kimi bu dəfə də prinsipial mövqe nümayiş etdirib. Dövlət başçımız bildirib ki, Fələstin-İsrail qarşıdurması dərhal dayandırılmalı və müstəqil Fələstin Dövləti yaradılmalıdır. Şərqi Qüds isə bu ölkənin paytaxtıolmalıdır.

Cənab Prezident bir daha Misir ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir və bu, Ermənistan ilə münasibətləri normallaşdırma yolunda önəmli amil olacaqdır.

Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər