Sizin Reklam Burada

Pakistanın keçmiş baş naziri İmran Xan bəraət alıb

Pakistanın keçmiş baş naziri İmran Xan bəraət alıbPakistanda ölkənin sabiq başnaziri İmran Xan dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il həbs cəzası verilən işdə bəraət alıb.

APA xəbər verir ki, 2023-cü ilin avqust ayından həbsdə olan İmran Xan ona qarşı irəli sürülən qanunsuz nikah ittihamı ilə həbsxanada qalmaqda davam edəcək.

71 yaşlı sabiq baş nazirin vəkillərinin verdiyi açıqlamaya görə, İslamabad Ali Məhkəməsi Xana bəraət qazandırıb.

Açıqlamada bildirilir ki, eyni işdə təqsirli bilinən sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də bəraət qazanıb.

İmran Xan Pakistanın Vaşinqtondakı səfirinin göndərdiyi məxfi sənədin məzmununu ictimaiyyətə açıqlamaqda və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunurdu. O və sabiq xarici işlər nazirinin hərəsi 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Amma Pakistan məhkəməsi, Buşra Xanın boşandıqdan sonra yeni evlilik üçün gözləməli olduğu müddətdən əvvəl İmran Xanla ailə qurmağını əsas gətirərək nikahın "qanunsuz" olduğuna hökm verib və sabiq baş nazir İmran Xan və həyat yoldaşı Buşra Xanın hər biri "qanunsuz nikah bağladıqları" iddiası ilə 7 il azadlıqdan məhrum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər