Bakı kanak xalqına qarşı törədilən vəhşiliklər kəskin qınadı

Bakı kanak xalqına qarşı törədilən vəhşiliklər kəskin qınadıQoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun çağırışı ilə Fransanın son müstəmləkələri olan Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri “KANAK Xalqı ilə Həmrəylik” adlı videokonfrans təşkil ediblər.

Avrasiya.net-in xəbərinə görə, Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numea və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər.

Çıxış edənlər Kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini qaldırmağa, BMT üzv dövlətlərini Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər.

Bakı Təşəbbüs Qrupu, öz növbəsində, beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyasını ətrafında birləşməyə və Fransa kolonializminə “YOX”, müstəqillik uğrunda ədalətli mübarizəyə “HƏ” deməyə çağırıb.

Videokonfrans çərçivəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionların müstəqillik çağırışlarını ehtiva edən flaşmob keçirilib.

Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb.

Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bəyan edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər