Sizin Reklam Burada

ABŞ və 50-ə yaxın ölkə İranın İsrailə hücumunu pisləyib

ABŞ və 50-ə yaxın ölkə İranın İsrailə hücumunu pisləyibİranın İsrailə hücumu ABŞ başda olmaqla 49 ölkə tərəfindən birgə bəyanat çərçivəsində pislənib.

APA xəbər verir ki, bu barədə “İnterfaks“ məlumat yayıb.

Ölkələr İran İslam Respublikası və onun yaraqlı tərəfdaşlarının yüzlərlə ballistik və qanadlı raketlər, pilotsuz uçuş aparatlarından istifadə edərək İsrail dövlətinə hücumunu birmənalı şəkildə pisləyirlər.

Bildirilib ki, münaqişənin bütün tərəfləri və region ölkələri gərginliyin qarşısını almaq üçün addımlar atmalıdır.

Aprelin 14-nə keçən gecə İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna hücuma cavab olaraq İran İsrailə hücum edib.

Beş saat davam edən hücum zamanı İran İsrailə doğru 185 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120 ballistik raket atıb.

Bundan əvvəl Avropa İttifaqı İranı İsrailə hücuma görə qınayıb və yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər