Sizin Reklam Burada

İran səfiri Almaniya XİN-ə çağırıldı

İran səfiri Almaniya XİN-ə çağırıldıTehranın keçən həftə sonu İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra İranın səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

AFP xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat katibi brifinqdə deyib.

"Sizə məlumat verə bilərəm ki, İran səfiri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb və hazırda görüş davam edir", - sözçü əlavə edib.

Qeyd edək ki, bu gün Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, İsrailin İran üzərində "müdafiə qələbəsi" diplomatik vasitələrlə təmin edilməli və bütün tərəflər gərginliyin qarşısını almaq üçün çalışmalıdır.

"İsrail güclü hava hücumundan müdafiə sistemi və ABŞ, Britaniya və ərəb dövlətlərinin səyləri sayəsində müdafiədə qalib gəlib. İndi biz regionda eskalasiyanın qarşısını almalıyıq", Berbok bildirib.

Xatırladaq ki, Tehran da İranın İsrailə raket və PUA hücumuna Almaniya, Fransa və Böyük Britaniya verdiyi reaksiyaya görə bu ölkələrin diplomatlarını XİN-ə çağırmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər