Sizin Reklam Burada

KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıb

KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıbİranın İsrailə buraxdığı ballistik raketlərin təxminən 50 faizi havaya qalxa bilməyib və ya hədəflərinə çatmayıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı adı açıqlanmayan amerikalı rəsminin sözlərinə istinadən məlumat yayıb.

“The Wall Street Journal” məlumatına görə, İran İsrailə 115-130 ballistik raket atıb. ABŞ rəsmiləri atılan raketlərin yalnız yarısının zərərsizləşdirildiyini, qalanlarının isə hədəfə çata bilmədiyini qeyd edib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər