Sizin Reklam Burada

İran İsrailin diplomatik obyektlərini vurmağa hazırlaşır

İran İsrailin diplomatik obyektlərini vurmağa hazırlaşırABŞ və İsrail əmindir ki, İran Dəməşqdəki konsulluğa edilən hücuma görə qisas almağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

ABŞ kəşfiyyatının hesablamalarına görə, cavab zərbəsi dronlar və qanadlı raketlərin birləşməsi ilə edilə bilər.

Telekanal zərbələrin təxmini vaxtını açıqlamar. Lakin ehtimal edir ki, Dəməşqdəki hücuma cavab İsrail diplomatik obyektləri olacaq.

Mənbələr hesab edir ki, zərbələr gələn həftə ola bilər.

Telekanal həmçinin qeyd edir ki, dronların və raketlərin İraqdan, Suriyadan və ya İranın ərazisindən haradan atılacağı hələ də bəlli deyil.

Ağ Ev daha əvvəl İranın Suriyadakı konsulluğuna hava zərbəsi vurulduqdan sonra İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalından narahat olduqlarını bildirmişdi.

Bu fonda İsrail hakimiyyəti dünyadakı 28 diplomatik missiyasının işini dayandırmağa qərar verdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər