Sizin Reklam Burada

“Ceyş əl-Ədl” bəyanat yaydı: İranda 200 hərbçi öldürüldü

“Ceyş əl-Ədl” bəyanat yaydı: İranda 200 hərbçi öldürüldüSilahlı “Ceyş əl-Ədl” təşkilatı Sistan və Bəlucistan əyalətinin 3 şəhərində SEPAH və polis məntəqələrinə hücumla bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanat təşkilatın sosial media kanalında dərc edilib.

Təşkilat İran rəsmilərinin öldürülən SEPAH və polis üzvləri ilə bağlı yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, 200 hökumət məmurunun öldürüldüyünü iddia edib:

“Daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavininin hərbi qüvvələrinin itkiləri ilə bağlı iddiası gülüncdür. “Ceyş əl-Ədl” təşkilatının tərəfdarları ilə hökumət qüvvələri arasında 4 bölgədə baş verən qarşıdurma zamanı hökumətin 6 orqan və hərbi təşkilatının azı 200 qüvvəsi öldürülüb”, - bəyanatda bildirilib.

“Ceyş əl-Ədl” hazırda qarşıdurmanın davam etdiyini yazıb.

Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi yaydığı bəyanatda 5 hökumət məmurunun öldürüldüyünü, 10 məmurun yaralandığını və 15 terrorçunun zərərsizləşdiridiyini elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər