Ərdoğan ABŞ-a gedir - Baydenlə görüş
Dərc olunub:
27-03-2024, 11:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək.
Avrasiya.net xəbər verir ki, səfər mayın 9-u baş tutacaq.
O, Ağ Evdə Prezident Co Baydenlə görüş keçirəcək.
Görüş zamanı tərəflərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi bildirilir.