ABŞ Pakistana xəbərdarlıq etdi: İranla layihə...
Dərc olunub:
27-03-2024, 10:13
ABŞ Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləmir və Tehranla əməkdaşlığa görə İslamabadı sanksiya ilə hədələyib.
Axar.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsinə istinadən bildirib.
“Həmişə bildiririk ki, İranla iş görmək bizim sanksiyalarımıza səbəb ola bilər. Hamıya bunu çox diqqətlə qəbul etməyi məsləhət görürük. Bu qaz kəmərinin tamamlanmasının tərəfdarı deyilik”, – mənbə qeyd edib.