Sizin Reklam Burada

Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib

Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyibRusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.

Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb: “Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”.

Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.

Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər