Emmanuel Makronla Kaliqulanı birləşdirən cəhətlər
Nadir Azəri
Əməkdar jurnalist
Yaxud Fransanın bu biabırçı hökumətdən xilası üçün ümid Allaha qalıb
Əslində bu gün istər Batının Amerika qanadında, istərsə də Avropa qanadında baş verənlər bizləri təəccübləndirməməlidir. Mən “baş verənlər” deyəndə dünyanın müxtəlif nöqtələrində müharibələrin baş verməsi, minlərlə, yüz minlərlə günahsız insanın qanının tökülməsi, ümumilikdə bəşəriyyətin qlobal xaosa sürüklənməsi üçün bəzi Batı ölkələrinin etdiyi cəhdləri, qızışdırıcı yanaşmaları nəzərdə tuturam. Çünki tarixin o başından bu başına, insanlıq özünü dərk edəndən bu günə kimi Batının bəzi ölkələri eyni məfkurədə, eyni təfəkkürdə, eyni xislətdə, eyni qaniçən mövqedə olub.
Vəhşi Batı “ənənəsinə” sadiq qalır
Bura oxucularımızdan üzr istəyərək bir məqamı da əlavə etmək istəyirəm. Son illər bəzi Batı ölkələrinin əxlaqsızlığı az qala gündəlik yaşam tərzinə çevirməsi, eynicinsli nikaha girənlərə, yaxud da cinsi azlıqların nümayəndələrinə ali vəzifələrin, dövlət rəhbərliyindəki postların həvalə edilməsi vəhşi Batının bu baxımdan da “ənənəsinə” sadiq qaldığını təsdiqləyir.
Bunu sübut etmək üçün isə heç də dərin bir araşdırma aparmaq lazım deyil. Elə günümüzün Fransasında cərəyan edənlərə nəzər yetirmək kifayətdir. Yəni Fransanın timsalında biz bəzi Batı ölkələrində ali dövlət vəzifələrinin məhz cinsi azlıqların nümayəndələrinə, eynicinsli nikaha girənlərə peşkəş edildiyini görürük. Fransada baş nazir daxil olmaqla hökümətin bir neçə üzvünün məhz cinsi azlığın nümayəndəsi olması kimsəyə sirr deyil. Çünki bunun belə olduğunu elə onların özləri, yaxud yaxın çevrələri də təsdiqləyirlər.
Kaliqula da Makron kimi əxlaqsızlığı dövlət səviyyəsində həyat tərzinə çevirmişdi
Amma bu xüsusda qeyd ediləsi vacib bir məqam ondan ibarətdir ki, Fransada bu cür halların xüsusilə də “çiçəklənməsi” məhz Emmanuel Makronun hakimiyyətə gəlişindən sonraya təsadüf edir. Əslində E.Makronun həm bu cinsi azlıqlara xüsusi məhəbbətlə yanaşması, həm də ona etiraz edənlərə qarşı amansız davranışı Roma İmperiyasının üçüncü imperatoru, tarixdə Kaliqula kimi tanınan Qay Yuli Sezarı xatırladır.
Çünki Kaliqula da Makron kimi əxlaqsızlığı dövlət səviyyəsində həyat tərzinə çevirmişdi.
Çünki Kaliqula da Makron kimi ona qarşı çıxanlara ən amansız cəzalar tətbiq edirdi.
Çünki Kaliqula da özündən əvvəlki hakimiyyətlərin yaratdıqları, formalaşdırdıqları ölkənin iqtisadiyyatını çökdürmüş, mədəniyyətini məhv etmişdi.
Tarixi mənbələrdən bəlli olduğu kimi, “daha çox Kaliqula olaraq tanınan Qay Yuli Sezar eramızdan əvvəl 41-ci ildən 37-ci ilə qədər Romaya imperatorluq edib. 4 illik hakimiyyəti dövründə o, həddindən artıq israfçılığı, çılğınlığı, azğınlığı, əxlaqsızlığı (öz bacısı ilə yatırdı), qəddarlığı və işgəncəsi ilə tanınıb, despotizmi ilə yadda qalıb. 37-ci ildə qvardiya komandiri Kassius Çareya tərəfindən öldürülüb”.
O dövrün Pompey şəhərinə bənzəyən müasir Paris
O, hakimiyyətə gələndən sonra Romada hər şey mənfiyə doğru dəyişməyə başlayıb, iqtisadiyyat çöküb, əhali yoxsullaşıb. Tarixi mənbələrə əsasən deyə bilərik ki, Kaliqulanın ən böyük “xidməti” onun Pompey şəhərini açıq səma altında fahişəxanaya çevirməsi olub.
Qeyd olunduğu kimi, “tarixin gördüyü ən pozğun dövr məhz Kaliqulanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Kaliqulanın hakimiyyəti dövründə cinsi münasibətlər sərhəd tanımırdı. İmperator Kaliqulanın öz bacısına aşiq olaraq törətdiyi günah digər sakinlərə də “nümunə” olmuşdu. Pompeyin hər yeri əxlaqsızlıq evləri ilə dolu idi. Cinsi azlıqlar əlindən burda tərpənmək mümkün deyildi”.
Emmanule Makron (solda) və Kaliqula kimi tanınan Qay Yuli Sezar
Bunları xatırlatmaqla yanaşı qeyd etməyi borc bilirik ki, Kaliqulanın imperator olduğu dövrdə cərəyan edənlər, əslində bu və digər formada hazırda Fransada cərəyan edənlərlə eynilik təşkil edir. Fransada da cinsi azlıqlalr hakimiyyətdə “at oynadır” ki, buna da məhz E.Makron şərait yaradır. Fransada E.Makronun rəzil idarəçiliyinə etiraz edən sadə insanlara, hətta fermerlərə qarşı zirehli texnikadan istifadə edilir. Fransada iqtisadi böhran hökm sürür. Mədəni və mənəvi aşınma son həddə çatıb.
Bu gün Fransa dünyanın ən irqçi ölkəsinə çevrilib
Ən əsası, bu gün Fransa dünyanın ən irqçi ölkəsinə çevrilib. Bunu isə biz demirik. Fransa təmsilçilərinin özləri deyir. Məsələn, Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışında Fransadan olan Jean-Michel Brun, “təəssüflər olsun ki, son 15 ildə həyata keçirilən yanlış siyasət nəticəsində Fransa hazırda dünyada ən irqçi dövlətə çevrilib” dedi.
Əslində Jean-Michel Brunun bu sözləri Makron Fransasının iç üzünü bütün çılpaqlığı ilə ortaya qoyur. Sadəcə bura bir məqamı da əlavə edək ki, bu gün Fransa özü kimi əxlaqsız siyasət yürüdən kiçik bacısı Ermənistanı ağuşuna alaraq Güney Qafqazı yenidən savaş meydanına çevirmək istəyir. Vurğulayım ki, biz bu cütlük haqqında “bacılıq” ifadəsini onların özlərinin bir-birinə bacı deməsi ilə əlaqədar işlədirik. Digər tərəfdən isə bu iki ölkə rəsmiləri özlərini qardaş deyil, məhz bacı kimi aparırlar.
İki “bacı”nın eyni sevgisi
Məlumatlara görə, bir müddət öncə Ermənistana səfər edən Fransanın müdafiə naziri Sebastyan Lekornun erməni həmkarı Suren Papikyanla görüşdə ilk maraqlandığı məsələlərdən biri məhz “Ermənistan ordusunda LGBT üzvlərinə lazımi şəraitin yaradılıb-yaradılmaması” ilə bağlı olub.
Suren Papikyanın Fransa nazirinin bu sualına necə cavab verməsini qoyaq bir kənara, sadəcə onu xatırladaq ki, 2023-cü ildə Ermənsitanda LGBT Akademiyası yaranıb. Fikrimizcə, artıq şərhə ehtiyac yoxdur.
Son olaraq onu vurğulayaq ki, Kaliqulanın bir zamanlar açıq səma altında fahişəxanaya çevirdyi Pompey şəhəri çox sonralar zəlzələ və vulkan nəticəsində yer üzündən silinib. Necə deyərlər, Allahın qəzəbinə gəlib. Günümüzün Kaliqulası E.Makronun idarə etdiyi Fransanın bu üzdəniraq hakimiyyətdən xilası üçün isə yenə də Allaha ümid qalıb. Bədii dillə desək, bir dərvişin Parisi partlatmasına ehtiyac var…