Fransa ordusu sürətlə müharibəyə hazırlaşır
Dərc olunub:
9-03-2024, 10:21
Fransa yüksək intensivlikli hərbi münaqişəyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Fransanın şərqindəki Mayi-lö-Kan şəhərindəki Döyüş Təlim Mərkəzinin (CENTAC) rəhbəri polkovnik Aksel Denis bildirib.
“Dünya özünün əsl mahiyyətini ortaya qoydu: qeyri-sabit, təhlükəli və heç də hamı dost deyil. Biz sayıqlıq mədəniyyətinə qısa zamanda hazır olmağa çalışırıq... CENTAC Fransada müharibənin nə olduğunu görə biləcəyiniz yeganə yerdir”, - o deyib.