AP-dən Bakıya qarşı iki qətnamə: Sanksiya tələb edildi!
Avropa Parlamenti xarici, eləcə də AB-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib. Onların hər biri Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsini və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılmasını tələb edir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Mülki Müqavilə” parlament fraksiyasının katibi Artur Ovannisyan sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, qətnamələrdə Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı şəxsi sanksiyaların tətbiqinə hazırlıq görülməsi, Ermənistana qarşı istənilən hərbi təcavüz olacağı təqdirdə Bakıdan neft və qaz idxalının dayandırılması tələb olunur:
“Sənədlərdə AB-nin İrəvandakı missiyasının mandatının gücləndirilməsi, onun genişləndirilməsi, qüvvədə olma müddətinin uzadılması və Türkiyə ilə sərhəddə müşahidəçilərin yerləşdirilməsi zərurətindən də bəhs edilir. Həmçinin Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması təklif edilir”.