Sizin Reklam Burada

"ABŞ, Fransa birtərəfli bəyanatları ilə vasitəçilik statusunu itirdilər"

"ABŞ, Fransa birtərəfli bəyanatları ilə vasitəçilik statusunu itirdilər"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ və Fransanın səsləndirdikləri birtərəfli bəyanatlarla vasitəçilik statuslarını itirdiklərini bəyan edib.

Mərkəz sədri “Report”a açıqlamasında qeyd edib ki, 30 il ərzində Azərbaycan əraziləri işğal altında qaldı, Avropa İttifaqı (Aİ) həmin müddətdə sərhədə heç bir missiya göndərmirdi, heç bəyanat da vermirdi, indi isə Aİ sərhədə missiya göndərib.

“Bunlar açıq şəkildə göstərir ki, onlar Ermənistanın təcavüzkar siyasətinə faktiki razılıq verdilər. İndi guya Ermənistana təhlükə var və onun arxasında dayanıblar. Biz bu siyasəti qəbul etmirik”, - o bildirib.

F.Şəfiyev xüsusilə 2023-cü ilin ikinci yarısında Azərbaycana qarşı ABŞ, Fransa, hətta Aİ Şurasının prezidenti Şarl Mişelin ofisi tərəfindən qərəzli mövqe müşahidə olunduğunu vurğulayıb: “Nəticədə onlar vasitəçilik statusunu birtərəfli bəyanatlarla itirdilər. Amma biz Qərbdən özümüzü təcrid etmirik. Sadəcə olaraq, görüş yerlərini məkan kimi görürük. Məsələn, bu gün Berlində görüş keçirilir və biz bu şəhəri məkan kimi görürük. Burada söhbət Almaniyanın vasitəçiliyindən getmir. Danışıqlar bundan sonra vasitəçisiz olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər