Sizin Reklam Burada

Ermənistan səfirliyi önündə Xocalı aksiyası - Foto

Ermənistan səfirliyi önündə Xocalı aksiyası - FotoErmənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” aksiyası keçirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Vaşinqtondakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada həmvətənlərimiz əllərində Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlarla səfirlik binasının önünə gəliblər.

Onlar Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərinə müraciətlərində Xocalı faciəsinin səbəbkarlarının qanun qarşısında cavab verməsini tələb edib, “Ermənistana ar olsun!”, “Xocalıya Ədalət” şüarları səsləndiriblər.

Aksiya zamanı həmvətənlərimiz yerli ictimaiyyəti Xocalı şəhərinin dinc əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, habelə Azərbaycan əhalisinin Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmasını barəsində məlumatlandırıblar.

Bir neçə saat davam edən aksiyada Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən erməni canilərinin fotoları da nümayiş olunub və beynəlxalq təşkilatlardan əsrin ən böyük insanlıq cinayəti olan Xocalıya ədalət tələb olunub.

Nümayişçilər aksiyanın sonunda Ermənistan səfirliyinin qapısına etiraz notası buraxıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər