Sizin Reklam Burada

Cavanşir Feyziyevə məxsus 22 mülkə həbs qoyuldu

Cavanşir Feyziyevə məxsus 22 mülkə həbs qoyulduBöyük Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsus Londonda 22 mülkə həbs qoyub.

Avrasiya.net Milli.az-a istinadən xəbər verir ki, Feyziyev və həyat yoldaşı "qanunsuz gəlirdən" əmlak əldə etməkdə şübhəli bilinirlər. Britaniya mənbələrinin məlumatına görə, Milli Məclis deputatının vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verib və fevralın 22-də London Ali Məhkəməsi şikayətə baxmağa başlayıb.

Ekspertlərin fikrincə, Feyziyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilən daşınmaz əmlakın ümumi dəyəri 63 milyon dollardan çoxdur. Məlum olub ki, 2023-cü ilin iyununda London məhkəməsi Böyük Britaniya Milli Cinayət Agentliyinin (NCA) iddiası əsasında bu əmlakı dondurub.

Bu qərardan Cavanşir Feyziyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə hakim Naycel Poul baxır. İddiaçının vəkilləri NCA-nın "hüquqi prosedurlara düzgün əməl etmədiyini" bildiriblər. Nəticədə müəyyən əmlakların əldə edilməsinin qanunsuz olması barədə "mənfi nəticə" çıxarılıb.

Cavanşir Feyziyev və onun ailə üzvlərinin işi üzrə əvvəllər Böyük Britaniya Milli Cinayət Agentliyinin təşəbbüsü ilə başlanmış məhkəmə prosesi artıq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, C.Feyziyev və ailə üzvlərinin London banklarındakı hesablarında olan 15 milyon funt-sterlinqə həbs qoyulub. 2022-ci ildə isə məhkəmə bu məbləğdən 10 milyon funt-sterlinqə yaxın vəsaitə qoyulan həbsi aradan qaldırıb, qalan vəsait isə müsadirə edilib.

Məhkəmənin qərarına əsasən, Feyziyev və onun həyat yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak satıla və ya heç kimə hədiyyə edilə bilməz. Milli Cinayət Agentliyinin nümayəndələri deyirlər ki, Feyziyevin əmlakının qanunsuz əldə edilməsinə dair əllərində "inandırıcı sübutlar" var.

C.Feyziyevin dondurulmuş mülklərinin ən bahalısı Londonun eksklüziv "Chelsea Barracks" kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgahdır.

Dondurulmuş digər əmlaklar arasında "Regents Park"ına baxan London mənzili, həmçinin C.Feyziyevin 10 milyon funt sterlinqə (13,7 milyon dollar) aldığı Böyük Britaniya paytaxtının şimal-qərbindəki yaşayış kompleksində yeni tikilmiş, deputatın 2008-ci ildən 2018-ci ilə qədər müddətdə aldığı iddia edilən on doqquz mənzil daxildir. Həmin mənzillər sonradan komissiyasız trast idarəçiliyinə verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər