Türk dünyasının birliyi möhkəmlənir
Dərc olunub:
20-02-2024, 11:27
Növbədənkənar Prezident seçkilərindən sonra Azərbaycan dövlət başçısının Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri xarici siyasət prioritetlərmizin Türk dünyasının birliyinin möhkəmlənməsinin təzahürüdür.
Bu sözləri ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova Prezidentin Türkiyə səfərini şərh edərkən bildirib.
O, bildirib ki, andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasını ailə adlandırması türk xalqlarının dərin köklərlə bir-birinə bağlı olmasının ən gözəl nümunəsidir.