BMT TŞ-nin Rusiya tərəfindən çağırılan iclası təxirə salınıb
Dərc olunub:
20-02-2024, 07:08
BMT Təhlükəsizlik Şurasının Rusiyanın təklifi ilə çağırılan və terrorizmlə mübarizəyə həsr olunmuş “Arria formulu” üzrə qeyri-rəsmi iclası fevralın 20-dən qeyri-müəyyən müddətə təxirə salınıb.
TASS-ın verdiyi məlumata görə, bu barədə bazar ertəsi Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
“Sizə bildirmək istərdik ki, BMT Təhlükəsizlik Şurasının iş qrafikində dəyişikliklərlə əlaqədar bu iclas növbəti bildirişə qədər təxirə salınıb”, - deyə bəyanatda bildirilir.