Kim Çen: Cənubi Koreyanı işğal edəcəyik!
Dərc olunub:
9-02-2024, 10:58
Pxenyan Cənubi Koreyanı özünün daimi əsas düşməni hesab edir və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazırdır.
Bunu Şimali Koreya lideri Kim Çen İn deyib.
“Cənubi Koreya marionetləri ölkəmizin daimi əsas düşmənidir. Fövqəladə vəziyyət yarandıqda onların ərazilərinin işğalı ilə bağlı qərar veriləcək”, - o bildirib.