Sizin Reklam Burada

Bayden əqli qabiliyyətini itirib - Sorğu

Bayden əqli qabiliyyətini itirib - SorğuAmerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ Prezidenti Co Bayden əqli qabiliyyətini itirir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə “Rasmussen Reрorts” tədqiqat təşkilatının dərc etdiyi sosioloji sorğunun nəticələrində göstərilib.

Respondentlərin 59%-i hesab edir ki, Amerika lideri zaman keçdikcə daha çox əqli itiliyini itirir. Lakin sorğu iştirakçılarının 33% bu fikirlə razı deyil.

Sorğu nəticələrinə əsasən, amerikalıların əksəriyyəti medianın prezidentin idrak qabiliyyətinin zəifləməsini gizlətməyə çalışmasından şübhələnir.

Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma 28-30 yanvar tarixlərində aparılıb. Burada 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 943 nəfər iştirak edib.

Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Baydenin üzvü olduğu Demokratlar Partiyasının bəzi rəsmiləri açıq şəkildə onu seçki kampaniyasında iştirakdan imtina etməyə çağırıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər