48 saat ərzində 234 fələstinli öldürülüb
Dərc olunub:
5-02-2024, 10:53
Qəzza zolağında son 48 saat ərzində ən azı 234 fələstinli ölüb, 343 nəfər yaralanıb.
Bu məlumat BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi tərəfindən təqdim edilib.
Qurumun hesabatında qeyd olunub ki, fevralın 2-dən fevralın 4-ü günortadan sonra 234 fələstinli (3 fevralda 107, 4 fevralda 127) həlak olub, 343 nəfər (3 fevralda 165, 4 fevralda 178) yaralanıb.
Bundan əvvəl Fələstin anklavının Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində həlak olan fələstinlilərin ümumi sayının 27,4 minə yaxınlaşdığını, 66,6 mindən çox insanın yaralandığını bildirmişdi.