Polşada iki ay əvvəl itən azərbaycanlının meyiti tapıldı
Dərc olunub:
4-02-2024, 10:07
Polşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.
Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Onun cansız bədəni Oder çayında aşkarlanıb.
Körpənin taleyi barədə məlumat yoxdur.
Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də iki aylıq körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.