Sizin Reklam Burada

AŞPA bəzi məkrli qüvvələrin sifarişini yerinə yetirir

AŞPA bəzi məkrli qüvvələrin sifarişini yerinə yetirirAvropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi Azərbaycana qarşı növbəti ikili standartlardan və qərəzlilikdən xəbər verir. AŞPA-nın bu məntiqsiz və absurd addımı bəzi məkrli qüvvələrin sifarişidir. Bu hal birmənalı olaraq Azərbaycana qarşı təzyiq məqsədi daşıyır. Eyni zamanda həmçinin bu və Fransa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr ermənipərəstliyin açıq təzahürüdür.

Təəssüf ki‚ bəzi dairələr Avropada və dünya birliyində ermənipərəst mövqedən çıxış edirlər. Hazırda Ermənistanda anti-semitizm tüğyan edir. Ermənilərdən dünyanın hər yerində Yəhudilərə İsrail dövlətinə qarşı anti-semit addımlar‚ düşmənçilik sərgilənir. Ermənistanda tez-tez Sinaqoqa‚ Yəhudi ibadət yerlərinə hücumlar‚ vandalizm aktları baş verməkdədir. Amma çox təəssüfki mövcud dünya birliyi ermənilərin bu qeyri-insani addımlarına göz yumur. AŞPA-nın ən birinci münasibət bildirəcəyi məsələlərdən biri Ermənistandakı anti-semitizm və Yəhudilərə qarşı olan hücumlar‚ Yəhudi dini ibadət yerlərinə və Sinaqoqlara qarşı törədilən vandalizm aktları‚ həmçinin HƏMAS-ın İsrailə qarşı olan terror hücumlarıdır. Amma çox təəssüf ki‚ mövcud dünya birliyində ikili standartlar və qərəzli yanaşmalar mövcuddur. Hazırda AŞPA-nın Azərbaycana qarşı sərgildiyi qərəzli yanaşma da bu ikili standartların açıq təzahürüdür.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan Nümayəndə heyyətinə qarşı sərgilənən qərəzli davranış ermənipərəst dairələrin və bir çox məkrli qüvvələrin sifarişidir. Ümumiyyətlə bu qurum özü birmənalı şəkildə ermənipərəstlik edərək reallıqdan uzaq‚ heçbir məntiqə sığmayan addımlar atır. Azərbaycan tarixən multikultural dəyərlərə sahib‚ tolerant bir ölkədir və Azərbaycanda bu günə qədər heçbir zaman anti-semitizm halı‚ qeyri millətlərə‚ etnik xalqlara və digər dinlərə qarşı ayrı-seçkilik halı olmayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu ali dəyərlər burada daha da inkişaf etdirilməkdə və qorunmaqdadır. Azərbaycan yüksək ali dəyərlərə malik‚ hüquqi bir ölkədir. Burada hər zaman bütün fundamental insan haqqları‚ hüququn aliliyi və xüsusən qanunçuluq‚ tolerant və multikultural dəyərlər Azərbaycan dövləti tərəfindən hər zaman qorunmaqdadır. Ermənistan və bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti tərəfindən heçbir zaman qeyri-insani siyasət həyata keçirilməyib. AŞPA-nı və bir çox təşkilatları qərəzli addımlar atmamağa və ikili standartlardan çıxış etməməyə çağırırıq.

Hazırda AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi yanaşmasından və eyni zamanda Fransa Parlamentinin qərəzli qətnaməsindən dərin təəssüf hissi keçirir və bu halları heçbir məntiqə və reallığa sığmayan‚ heçbir hüquqi əsası olmayan‚ qərəzli addım hesab edirik.

AŞPA-nın və Fransa Parlamentinin anti-Azərbaycan xarakterli qərəzli qərarını qəti şəkildə pisləyirik. Bütün qərəzli və heçbir hüquqi əsası olmayan anti-Azərbaycan kampaniyalarına qarşı Azərbaycan dövlətinə və xalqına öz dəstəyimizi ifadə edirik.

Ümid edirik ki‚ AŞPA və bir çox təşkilatlar ikili standartlara əsaslanan qərəzli siyasətinə yenidən baxaraq düzəliş edəcəkdir.


İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər