ABŞ nüvə sınaqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb
Birləşmiş Ştatlar yeraltı nüvə sınaqları keçirməyə hazırdır.
Bunu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi Nevada ştatındakı poliqonda işləri şərh edərkən təsdiqləyib.
"Baxmayaraq ki, biz bu obyektdən həm kritik, həm də yayılmamaq təcrübələri üçün istifadə etsək də, partlayıcı nüvə sınaqları keçirmək planımızın olmadığını açıq şəkildə bildirdik. Bununla belə, zərurət yaranarsa, biz sınaq keçirməyə və onu qiymətləndirməyə hazırıq”, - Hrubi Vaşinqtonda nüvə qarşısının alınması üzrə illik konfransda çıxış edərkən deyib.
Hrubinin Amerika Silahlara Nəzarət Assosiasiyasının Arms Control Today jurnalının dekabr sayında dərc olunmuş müsahibəsində etiraf etdiyi kimi, ABŞ-ın nüvə sınaqlarını bərpa etmək üçün texniki ehtiyacı yoxdur.