ABŞ-ın F-16 təyyarəsi qəzaya uğradı
Dərc olunub:
31-01-2024, 10:32
ABŞ-a məxsus F-16 qırıcısı Cənubi Koreyanın qərb sahillərində qəzaya uğrayıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, təyyarə Çolla-Pukto əyalətində Kunsan aviabazasının yaxınlığındakı dənizə düşüb.
ABŞ Hərbi Hava Qüvvələri təyyarənin qəzaya uğradığını təsdiqləyib.
“Pilot uğurla katapult edib və xilas edilib”, - məlumatda qeyd olunub.
Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.