Bayden Trampın qarşını almaq üçün çalışır
Texasda var verən hadisələrdə 2 məqamı axtarmaq lazımdır. Qalmaqallı seçki öncəsi baş verən bu hadisələrə səbəb 2 hadisə ola bilər.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Zeynal Əmrəliyev deyib.
O, qeyd edib ki, ya Co Bayden Trampın yolunu kəsmək istəyir. Demokratlar bundan maksimum istifadə edib Baydenin nüfuzunu qaldırmağa çalışırlar. Belə olan halda biz ölkədə yeni iğtişaşlar görə bilərik:
"Yəni bu ehtimala bu oyunları Bayden admistirasiyası özü edir. Ancaq burda zəif ehtimaldır. Çünki Texas daha çox respublikaçıların qalası kimi tanınır. İkinci variant isə Baydenin nəzarəti itirməsidir. Bu variantda həqiqətəndə də ölkədə ciddi narazılıq var və bu Texasda başlayan bu separatçılıq hərəkatı ölkənin digər bölgələrini də yayıla və ABŞ üçün ciddi böhrana səbəb ola bilər. Bayden və onun komandası Donald Trampın gözlənilən mümkün qalibiyyətinin qarşını almaq üçün var gücü ilə çalışır. Gələcəkdə də biz ABŞ daxilində bu cür toqquşmaların şahidi ola bilərik".