Sizin Reklam Burada

ABŞ-da baş verən atışmalarda azı 8 nəfər öldürülüb

ABŞ-da baş verən atışmalarda azı 8 nəfər öldürülübABŞ-nin İllinoys ştatının Çikaqo şəhəri ətrafında iki gün ərzində üç yerdə baş verən atışma nəticəsində azı səkkiz nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi səlahiyyətlilərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bütün qətllərin bir nəfər tərəfindən törədildiyi ehtimal olunur.

“Bazar günündən bu günədək bir nəfər Çikaqonun ətrafında üç yerdə səkkiz nəfəri güllələyərək öldürüb və hələ də azadlıqdadır”, - agentlik bildirib.

Coliet şəhərinin polis rəisi Uilyam Evans bildirib ki, FTB-nin işçi qrupu şübhəlinin axtarışında yerli polisə kömək edir.

Hakimiyyət orqanları rəsmilərinin jurnalistlərə verdiyi məlumata görə, öldürülənlərin meyitləri bazar günü və bazar ertəsi üç fərqli yerdə aşkarlanıb.

"Mən 29 ildir, polis əməkdaşıyam və bu, yəqin ki, indiyə qədər gördüyüm ən pis cinayətdir", - Uill dairəsi rəhbərinin müavini Dan Danql deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər