Sizin Reklam Burada

Nyu-Yorkda 20 Yanvar faciəsinin 34-cü ildönümü anılıb

Nyu-Yorkda 20 Yanvar faciəsinin 34-cü ildönümü anılıbAmerika və Azərbayacan Gənclər İdman Cəmiyyəti 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirib.

Tədbirdə vurğulaynıb ki, 20 yanvar 1990 ci il - əsrlərcə rus imperializminin işğali altinda, ötən əsrin 70 ilini Sovet Ittifağının diktatorluq rejimində, qardaşlıq adi ilə inandığı və güvəndiyi Sovet tanklarının altında əzilərək, lakin əliyalin mübarizədən çəkinməyən Azərbaycan xalqının həm faciəas, həm də qürur tarixidir.

Artiq 34 ildir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu ağırlı günü hüzünlə yad edir və gələcək nəsrilərə qan yaddaşımızı unutmamağı tövsiyə edir. Və biz də öz növbəmizə Nyu-Yorkda bu günü anmağı hər il olduğu kimi yenə də eyni məkanda, bizə doğma olan Eyyub Sultan məscidində toplaşmağı özümüzə borc bildik.

Bu günki tədbiri xüsusilə əlamətdar edən bir məqam, burada 20 yanvar hadisələrinə həsr edilmiş “Bloody Carnations” adlı sənədli filmin təqdimatının olmasıdır.

Sözügedən qısametrajlı film - 20 Yanvar hadisələrinin canlı şahidi, kinorejissor Əzim Sadıxov tərəfindən lentə alınmış materiallar əsasında çəkilmişdir. Filmi göstərməklə bir daha həmin tarixə qayıdıb şəhidlərimizi yad etmək ve onlara rəhmət diləmək istəyirik ki, ruhları şad olsun!

Şükür ki, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında, rəşadətli ordumuzun gücü hesabına torpaqlarımız işğalçılardan azad edildi və müqəddəs şəhidlərimizin qanı yerdə qalmadı.




Elgün Xaloğlanlı
Amerika və Azərbayacan Gənclər İdman Cəmiyyətinin Prezidenti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər