Tehran və İslamabad razılığa gəldi: Gərginlik azaldılır
Dərc olunub:
19-01-2024, 21:00
Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu barədə Pakistanın XİN-in məlumatında deyilir.
“Pakistan və İran arasında sıx qardaşlıq əlaqələrini vurğulayan xarici işlər naziri İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusunu ifadə edib”, - Pakistan XİN-in bəyanatında deyilir.
Cəlil Abbas Cilani onu da vurğulayıb ki, bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətə əsaslanmalıdır.
Tərəflər həmçinin gərginliyi azaltmağa dair razılığa gəliblər.
Qeyd edək ki, Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.