Ərəb mediasında 20 Yanvar faciəsindən yazılıb
.Misir, Iordanya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Livan və İraqın qəzet və portallarında, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun "Azərbaycanda baş vermiş 20 Yanvar faciəsindən 34 il ötür" sərlövhəli məqaləsi geniş şəkildə dərc olunub.
Müəllif qeyd edib ki, Azərbaycan dünya dövlətləri tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdikdən sonra, bu ağır cinayəti törədənlərin tezliklə ədalət qarşısında cavab verəcəklərinə Azərbaycan xalqının inamı daha da artmışdır.
Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğaldan sonra öz ərazi bütövlüyünü bərpa etməklə sübut etdi ki, nə qədər vaxt aparsa da və beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qalsa da, qətiyyən təslim olmamışdır. Məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açan müəllif onu Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisə edib, hər iki xalqın – azadlıq uğrunda meydanlara axışan misirli və azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb.
Misirli alim Şeyx Məhəmməd əl-Ğəzali özünün “Acı həqiqət” kitabında 1990-cı il 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayaraq Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını kitabında qeyd etmişdir. Misirli jurnalist Məhəmməd Sələmənin tədqiqat əsərində isə ermənilərin sovet qoşunlarının tərkibində Bakıda dinc əhalinin qətlə yetirilməsində iştirak etdikləri qeyd olunub.
S. Nəsirov məqalədə misirli alim Şeyx Əbdülvəhhab əl-Nəccarın "Qanlı Günlər" əsərinə istinad edərək 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciədə ermənilərin rolundan bəhs etmişdir. Misirli alim "Qanlı Günlər" əsərində, dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazaraq bildirir ki, “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırım törədilir və buna rəğmən, heç bir ölkə törədilən bu faciəni qınamır. Amma misirlilərə qarşı düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, dərhal onları qınayırlar”. Məqalədə Azərbaycana qarşı da ikili standartlardan çıxış edildiyi, ermənilərə dəstək verildiyi vurğulanır. Qeyd olunur ki, otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa çevirən ermənilərə qarşı heç kim etiraz etmir.
https://elalmelarby.com/?p=45109
https://alharir.info/93655-2/
https://wwnewss.com/?p=62081
https://www.elmogaz.com/759284
https://www.agnaden.net/?p=27534
https://eshbelia-news.com/?p=3718
https://www.akhbarelnaselyoum.com/?p=116706
https://akhbarelsaa.com/14663
https://pressst.com/2024/01/17/%D8%B0%D9%83%D8%B1%D9%89-%D9%85%D8%B1%D9%88%D8%B1-34-%D8%B9%D8%A7%D9%85%D8%A7-%D8%B9%D9%84%D9%89-%D9%85%D8%A3%D8%B3%D8%A7%D8%A9-20-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8/
https://nayrouz.com/article/427817
https://alnuhud.com/?p=143637
https://garbnews.net/news/s/232256
https://ta7iamasr.com/%D9%85%D8%B1%D9%88%D8%B1-34-%D8%B9%D8%A7%D9%85%D8%A7-%D8%B9%D9%84%D9%89-%D9%85%D8%A3%D8%B3%D8%A7%D8%A9-20-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86/
https://alwatanianews.com/34295