Sizin Reklam Burada

Misirdə Azərbaycan dilini öyrənmək istəyən əcnəbi tələbələrin sayı artır

Misirdə Azərbaycan dilini öyrənmək istəyən əcnəbi tələbələrin sayı artırQahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.

Görüşdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və bu ölkədəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında geniş məlumat verib.

S.Nəsirov bildirib ki, Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 114 nəfər müraciət edib. Yeni – 29 müdavim üçün açılan əlavə qrupda ilk dərs keçirilib. Tələbələrin arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və Yəmən vətəndaşları da var.

Əl-Əzhər Universitetində və Cəmiyyətdəki kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tələbələrə Azərbaycan dilinin əhəmiyyəti, onun ərəb dili ilə oxşar cəhətləri haqqında məlumat verib.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, həm də müxtəlif fənlər üzrə 56 ölkədən 663 tələbə ödənişsiz təhsil alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər