Azərbaycanla BƏƏ arasındakı əlaqələr dinamik şəkildə inkşaf etməkdədir
Sədaqət Vəliyeva
Millət vəkili
Azərbaycanda müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu xarici siyasət kursu həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin dünya miqyasında nüfuzun və gücünün artması üçün gecə-gündüz yorulmadan çalışır. Bunun da nəticəsidir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu və gücü günbəgün artmaqdadır və ölkəmiz yüksək etibara malik tərəfdaş kimi tanınır.
Azərbaycan dövlətinin xarici siyasətində Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin inkşafı xüsusi yer tutur. İki ölkə arasındakı əlaqələr yüksələn xətlə və dinamik şəkildə inkşaf etməkdədir və hər iki dövlət daima beynəlxalq aləmdə bir-birini dəstəkləmişdir. Yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri səmərəli və məhsuldar olmaqla yanaşı iki ölkə arasındakı əlaqələrin inkşafına böyük töhfə vermiş olacaq.
Prezidentlərin geniştərkibli görüşündə çıxış edən dövlət Başçımız cənab İlham Əliyev ölkələrimiz arasındakı uğurlu və yüksəksəviyyəli münasibətlərdən danışaraq COP29-un Azərbaycanda keçirilməsinə və BMT Təhlükəsizlik Şurasındakı Azərbaycana dəstəyinə görə Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana öz təşəkkürünü bildirdi. Ümumiyyətlə Azərbaycan hər zaman beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyəli ev sahibliyi ilə etmişdir. Bunun da nəticəsidir ki, dünya dövlətləri növbəti dəfə ölkəmizə böyük hörmət və etimad nümayiş edirərək COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
Eyni zamanda dünya dövlətləri tərəfindən ölkəmizin haqlı mövqeyi hər zaman dəstəklənmişdir. Əlbətdə bütün bu uğurlar, etimad və hörmət cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu, uzaqgörən və unikal xarici siyasətin bəhrəsidir.
Daha sonra Azərbaycan Lideri ölkələrimiz arasında enerji sahəsində atılmış addımlardan danışdı. Müasir dövrümüzdə enerji təhlükəsizliyi məsələsi öz aktuallığını və əhəmiyyətini xeyli artırmışdır. Eyni zamanda dünya dövlətlərinin enerjidən asılılığı günümüzün reallığına çevrilmişdir. Təqdirəlayiq haldır ki, bütün bunların fonunda Azərbaycan dünyanın enerji təhlükəsizliyində böyük rola malikdir.
Səfər çərçivəsində bir sıra sənədlər imzalandı ki, bu da ölkələrimiz arasındakı əlaqələrin inkşafında hüquqi baza rolunu oynayacaq.
Ümumilikdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri ölkələrimiz arasındakı əlaqələrin, xüsusilə də enerji sahəsində münasibətlərin inkşafına təkan verəcək.