ABŞ və Britaniya husilərin hədəfini yenə bombaladı
Dərc olunub:
13-01-2024, 09:49
ABŞ Hərbi Hava Qüvvələri Yəməndə husilərə məxsus hədəfi yenidən bombalayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, bu dəfə də husilər tərəfindən idarə olunan radar sistemi hədəf seçilib.
Yeni hücumun əvvəlki hücumdan daha kiçikmiqyaslı olduğu və ABŞ tərəfindən birtərəfli qaydada həyata keçirildiyi bildirilib.
Husilərə bağlı “Al Masirah” telekanalı isə zərbələrin ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirildiyini bəyan edib.
“ABŞ və Böyük Britaniya paytaxt Sənaya bir sıra hava zərbələri endirib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri ötən gecə Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi məntəqələrə hava zərbələri endirib.