Sizin Reklam Burada

Moskva Dehlidən narazıdır - Ukraynada Hindistan silahları var imiş

Moskva Dehlidən narazıdır - Ukraynada Hindistan silahları var imişRusiya Hindistana Ukraynaya bu ölkənin istehsalı olan mərmilərinin verilməsindən narahatlığını bildirib.

“The Economic Times” xəbər verir ki, Hindistanın təhlükəsizlik xidməti Sloveniya və ya Polşa ərazisindən aparıla biləcək mərmilərlə bağlı məlumatları araşdırır.

Məlumata görə, mənbələr 2023-cü ilin üçüncü rübündə 155 mm-lik Hindistan mərmilərinin Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verildiyini bildirir. İddia olunur ki, Pakistan hərbi əməliyyatlar başlayandan bəri Ukraynaya aktiv mərmi tədarükçüsüdür. Daha əvvəl nəşr mənbələrə istinadən xəbər vermişdi ki, İslamabad İordaniya və Polşa vasitəsilə Kiyevə hava hücumundan müdafiə vasitələri, raket buraxılış sistemləri, təmir-bərpa maşınları, patronlar və ehtiyat hissələri tədarük edib.

Yanvarın 4-də Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval Ukraynaya artilleriya sursatının tədarükü ilə bağlı xəbərləri təkzib edib. 2023-cü ilin fevralında Hindistan BMT-də Ukraynadakı döyüşləri pisləmək üçün səsvermədə bitərəf qalıb. Ötən ilin aprelində Ukrayna Xarici İşlər Nazirliyi Hindistanı münaqişənin həllində daha mühüm rol oynamağa çağırıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.(modern)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər